Selin Dionun obrazında “Barbie” hazırlandı Fotolar

23.10.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mattel” şirkəti məşhur müğənni Selin Dionun 1998-ci ildə “Oskar” mükafatlandırma mərasimindəki obrazından ilhamlanaraq “Barbie” kuklası hazırlayıb.

Axşam.az xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.

Həmin gecə sənətçi Ceyms Kemeronun “Titanik” filminin saundtrekini səhnədə ifa edib. Selin Dion mərasimə tünd göy rəngli libasda qatılıb. Müğənninin boynunda isə filmdə yer alan məşhur “Okeanın ürəyi” boyunbağısının bənzəri olub.

Yeni “Barbie” kuklası müğənninin həmin gecədəki görünüşünü əks etdirir.

Qeyd edək ki, Selin Dion ötən ilin sentyabrında altı illik fasilədən sonra ilk dəfə bu yaxınlarda konsert verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью