Selin fəsadı ilə bağlı RƏSMİ CAVAB: Siyəzəndə dəmiryol ərazisində ziyan olmayıb VİDEO

18.04.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

"Qeyri-sabit hava şəraitinə görə dəmir yolunun Siyəzən ərazisindən keçən hissədə ziyan olmayıb, su gəlib keçib". Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Azərbaycan Dəmir Yollarının Mətbuat Xidmətindən bildirilib. "Xaçmaz sahəsində dəmiryol infrastrukturunda yaranmış fəsadların aradan qaldırılması istiqamətində isə iş davam edir", - məlumatda qeyd olunur.

**

Ölkə ərazisində müşahidə olunan güclü yağışlar bir çox strukturlara ziyan vurub. Güclü sel nəticəsində Siyəzən rayonu ərazisindən keçən dəmiryol xəttinin olduğu ərazi yuyulub və təhlükəli vəziyyət yaranıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью