Selin qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb FOTO

29.04.2025

Icma.az bildirir, Ayna portalına istinadən.

Əraziyə xüsusi texnika və canlı qüvvə səfərbər olunub

Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, körpüyə mütəxəssislər tərəfindən baxış keçirilib, əraziyə xüsusi texnika və canlı qüvvə səfərbər olunub.

Qeyd edək ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu.

Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью