Şelli kəndində ölüm hadisəsi baş verib

20.09.2026

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Ağdamda kəhriz quyusunda meyit aşkarlanıb

Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb.

İlkin məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Bundan sonra onun yaxınları itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məlumata görə, Bərdə sakini Ağdamın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyib.

Hadisənin səbəbləri və ölümün digər təfərrüatları araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью