Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Seltik” azarkeşləri Çempionlar Liqasının pley-off mərhələsinin “Bavariya” ilə oyununda (1:2) İsrailin Fələstinə və Livana hücumlarına etiraz ediblər.
Apasport.az xəbər verir ki, azarkeşlər tribunalardan UEFA və FİFA-ya səsləniblər.
"Seltik" - "Bavariya" matçında xaos Belə ki, şotlandlar “İsrailə qırmızı kart göstər” yazılı pankart nümayiş etdiriblər.
Həmçinin azarkeşlər komandalarına dəstək üçün tribunalarda Fələstin bayraqları açaraq İsrailə etiraz ediblər.
"Seltik" fanları İsrailə qarşı Azarkeşlərin siyasi etirazları futbolda "Seltik" fanları bundan öncə də ÇL matçlarında Fələstinə dəstək şüarları səsləndiriblər.
Çempionlar Liqasında Dortmund “Borussiya”sına səfərdə 7:1 hesabı ilə məğlub olduqları oyundan sonra da azarkeşlər İsrailin Fələstinə hücumlarına etiraz ediblər.
Şotlandlar Çempionlar Liqasının ilk həftəsində Slovakiyanın "Slovan Bratislava" (5:1) komandası ilə görüşdə də Fələstinə dəstək pankartı qaldırmışdılar.