Seltik Azərbaycanda oynayan daha bir legioneri transfer etmək istəyir

16.07.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Seltik" Azərbaycanda çıxış edən daha bir legioneri transfer etmək istəyir.

Sportal.az "scotsman.com"a istinadən xəbər verir ki, Qlazqo təmsilçisi "Sabah"ın aparıcı üzvü Aaron Maluda ilə yaxından maraqlanır.

Şotlandiya nəhəngi 20 yaşlı vingerin keçidini bu yay həll etmək istəyir.

Onun üçün "Sabah"a 2 milyon funt-sterlinq təklif edəcəklər. Fransız futbolçu ötən ilin yayından “Sabah”ın formasını geyinir.

Qeyd edək ki, "Seltik" bu ay "Qarabağ"dan Kamilo Duranı heyətinə qatmışdı. 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью