Seltik çempion oldu, əzəli rəqibinə çatdı

27.04.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Şotlandiya çempionatında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, “Seltik” 34-cü turda rəqib meydanında “Dandi Yunayted”i 5:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.

Bununla da ən yaxın izləyicisi “Reyncers”i 18 xal qabaqlayan “Seltik” 55-ci dəfə çempion olub.

“Seltik” bu uğur nəticəsində çempionluq sayında əzəli rəqibi “Reyncers”ə çatıb. Hazırda hər iki komandanın hesabında 55 çempionluq titulu var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью