“Seltik”in baş məşqçisi Duranı təriflədi

06.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Seltik” Avropa Liqasında “Beşiktaş”ı məğlub edib – 3:2.

Futbolpress.az xəbər verir ki, “Qarabağ”dan Şotlandiya klubuna keçən Kamilo Duran bu matçda iki qol vurmaqla komandasının qələbəsində əsas pay sahiblərindən olub.

Matçdan sonra “Seltik”in baş məşqçisi Martin Onil kolumbiyalı hücumçunun çıxışını belə dəyərləndirib:

“Hər şey planlaşdırdığımız kimi getdi. Osmand və Duran bu gün də fərq yarada bildilər. Xüsusilə, Duran gəldiyi gündən harada oynamasından asılı olmayaraq möhtəşəm çıxış edib”.

Kamilo Duran yayda Qlazqo təmsilçisinə keçib. O, “Seltik”də 20 oyunda 13 qol vurub, 5 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью