Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Şotlandiyanın “Seltik” futbol klubunda çıxış edən Kamilo Duran UEFA Çempionlar Liqasının pley-off mərhələsində diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, kolumbiyalı vinger Avstriyanın LASK klubu ilə ilk oyunda dubla imza atıb. “Seltik” doğma meydanda rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Qarşılaşmada hesabı 26-cı dəqiqədə Benjamin Nyuqren açıb. Duran fasiləyədək fərqi artırıb, ikinci hissədə isə daha bir dəfə fərqlənərək yekun nəticəni müəyyənləşdirib.
“Seltik”in baş məşqçisi Martin O'Nil futbolçunun çıxışını xüsusi qeyd edib:
“Duran parlaq futbolçudur. Onu xeyli əvvəl diqqətimizə götürmüşdük və daha tez transfer etməyə çalışmışdıq. Onun dünya səviyyəli futbolçu olduğunu demirəm, amma bu, dünya səviyyəli çıxış idi”.
Duran qarşılaşmada 6 zərbə və 6 uğurlu driblinqlə hər iki göstəricidə matçın ən yaxşı nəticəsinə imza atıb. O, “Seltik”ə yay transfer pəncərəsində “Qarabağ”dan keçib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 25-də Avstriyanın Linz şəhərində keçiriləcək.