“Seltik”in baş məşqçisi xəstəxanaya yerləşdirildi

07.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Seltik”in baş məşqçisi xəstəxanaya yerləşdirildi

“Seltik”in baş məşqçisi Martin O’Nil kiçik tibbi prosedurdan sonra xəstəxanaya yerləşdirilib.

QOL.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.

Klub 74 yaşlı mütəxəssisin vəziyyəti ilə bağlı detalları açıqlamasa da, onun yaxın 1-2 gün ərzində işinə qayıdacağının gözlənildiyini bildirib.

“Seltik” azarkeşlərə baş məşqçiyə ünvanlanan xoş arzulara və dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, Martin O’Nil iyunun əvvəlində “Seltik”in baş məşqçisi vəzifəsinə rəsmən təsdiqlənib. Onunla “1+1” illik müqavilə imzalanıb. Təcrübəli mütəxəssis ötən mövsüm komandanı çempionluğa və Şotlandiya kubokuna daşıyıb.

O’Nil son olaraq Şotlandiya çempionatının ilk turunda “Dandi” üzərində 1:0 hesablı qələbə qazanılan matçda komandanı meydan kənarından idarə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью