futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şotlandiyanın “Seltik” klubu “Sabah”ın futbolçusu Aaron Maludanı transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “scotsman.com” saytı məlumat yayıb. Xəbərdə Qlazqo təmsilçisinin 20 yaşlı vingeri heyətinə qatmaqda israrlı olduğu bildirilib. “Seltik” Maluda üçün 2 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.
Fransalı futbolçu ötən ilin yayından “Sabah”da çıxış edir. O, “bayquşlar”la 31 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
“Seltik” bir müddət əvvəl “Qarabağ”dan Kamilo Duranı transfer edib.