Səmada dəhşətli anlar 14 nəfər yaralanıb

05.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Taylandın Phuket adasından Yeni Dehliyə uçan “Air India” təyyarəsi şiddətli turbulentlik səbəbindən təxminən 92 metr hündürlük itkisi ilə üzləşib.

525.az “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 sərnişin və 4 heyət üzvü yaralanıb.

“Air India” təyyarənin Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə eniş etdiyini açıqlayıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью