Səmada sirli işıqlar göründü

16.05.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

ABŞ-ın bəzi ştatlarında gecə saatlarında səmada hərəkət edən naməlum işıqlar müşahidə olunub.

Azpost.info bildirir ki, şahidlərin sözlərinə görə, parlaq nöqtələr bir neçə dəqiqə ərzində formalarını dəyişib. Daha sonra sürətlə istiqamət dəyişərək qəfil yoxa çıxıb.

Hadisə mobil telefonlarla çəkilərək sosial şəbəkələrdə yayılıb. Bəzi istifadəçilər bunun “uçan naməlum obyekt” olduğunu iddia etsə də, mütəxəssislər başqa ehtimal irəli sürü. Onlar bildirir ki, bu, peyk keçidi, dron şousu və ya atmosfer optik hadisəsi ola bilər.

Buna baxmayaraq, görüntülər hələ də tam aydınlaşdırılmayıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью