Səmada təyyarənin mühərrikində nasazlıq yarandı və …

08.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstraliyanın Sidney hava limanından Sidney-Brisben reysi ilə havaya qalxan “Qantas” aviaşirkətinə məxsus iki mühərrikli sərnişin təyyarəsinin mühərrikində nasazlıq yaranıb.

"Cebheinfo.az" xəbər verir ki, səmada mühərriklərdən birində yaranan nasazlıqdan sonra təyyarə hava limanına məcburi eniş edib.

Təyyarə təcili eniş edərkən bu zaman uçuş-enmə zolağının düz yanında yanğın baş verib.

Hava limanından sıx tüstünün qalxmasına səbəb olan çəmənlikdə başlayan yanğının nəzarət altına alındığını bildirən hava limanı rəsmiləri, iki hadisə arasında əlaqə olub-olmadığını araşdırdıqlarını açıqlayıblar.

Yanğının baş verdiyi ərazidə yoxlama və təmizləmə işlərinin aparıldığını bildirən səlahiyyətlilər, mümkün gecikmələrlə əlaqədar sərnişinlərə uçuşları yoxlamaq barədə xəbərdarlıq edib.

“Qantas” aviaşirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsində neçə sərnişinin olduğu açıqlanmayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью