Səmada ulduz yağışı: Leonid meteorları maksimum həddə çatır

16.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın ən maraqlı astronomik hadisələrindən biri olan Leonid meteor yağışının maksimum fəallıq dövrü yaxınlaşır. Noyabrın 17-dən 18-nə keçən gecə bu səma hadisəsinin ən intensiv mərhələsinin müşahidə olunacağı gözlənilir.

Əlverişli hava şəraitində saat ərzində 10–15 meteor görmək mümkün olacaq. Meteorların müşahidəsi üçün şəhər işıqlarından uzaq, işıq çirklənməsinin az olduğu açıq ərazilərə üstünlük verilməsi tövsiyə olunur. Səmanı izləmək üçün xüsusi optik avadanlığa ehtiyac yoxdur.

Leonid meteor yağışı Yer kürəsinin Tempel-Tattl kometasının orbitində buraxdığı toz və qalıq hissəciklərinin atmosferə daxil olması nəticəsində yaranır. Atmosferə yüksək sürətlə daxil olan bu hissəciklər yanaraq səmada parlaq işıq izləri yaradır. Hadisə hər il noyabr ayında təkrarlanır və müşahidəçilərə gecə səmasının ən maraqlı mənzərələrindən birini təqdim edir.

S.Rzayeva
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью