Səmadakı ən böyük iki nəfərlik çarpayı təqdim olundu

11.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Sinqapur Hava Yolları 1,6 milyard dollarlıq yeniləmə çərçivəsində yeni birinci sinif kabinlərini təqdim edib.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, yeni kabinlərin əsas özəlliyi göydəki ən böyük iki nəfərlik çarpayıdır. 

Çarpayının uzunluğu 80 düym (203 sm), eni isə 60 düym (152 sm) təşkil edir. Yeni kabinlər "şəxsi sığınacaq" kimi təqdim olunur. Burada tam gizlilik üçün arakəsmələr, dəri oturacaqlar və geniş yataq yeri var. Cütlüklər üçün nəzərdə tutulan mərkəzi suitlərdə iki nəfərlik divan birləşərək böyük çarpayıya çevrilir.

Yeni kabinlər gələn ildən etibarən 100-ə yaxın uzun məsafəli təyyarədə quraşdırılacaq. İlk olaraq yeni Boeing 777-9 və yenilənmiş Airbus A350-900 təyyarələrində istifadə olunacaq.

Qeyd edək ki, Sinqapur Hava Yolları bu il "dünyanın ən yaxşı aviaşirkəti" seçilib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью