Icma.az, Bakivaxti portalına istinadən məlumat verir. Hərbçilər arasında həmişə belə bir fikir olur ki, pilotlar və dənizçilərin fikir və dü
Bunun səbəbi hər zaman mənim üçün maraqlı olub. Görəsən, səbəbi nədir? Onların fikirlərindəki fərqliliklər nələrdir?
Bu fərqliliyi anlamaq üçün düşündüm ki, bir gün pilotla həmsöhbət olmalıyam.
Qismət oldu, qırıcı təyyarələrimizdən birinin pilotu ilə həmsöhbət oldum.
Dedikləri fikirlərdən bu nəticəyə gəldim ki, onlar yer üzünün qayğılarından, darıxdırıcı vərdişlərindən, gündəlik həyatdan uzaq bir yerdə yaşayırlar.
Səmanın elə tam ortasında. Düşünürəm ki, hərbi pilotlar bir tərəfdən yüksəkdəki sərhədsiz səmada azadlıq hissini yaşayırlar, lakin hər uçuş
Yüksəklikdəki sükunət həm də bir qorxu ilə örtülüdür. Hər bir əmr, hər bir manevr həyatla ölüm arasındakı sərhədi təmsil edir.
Təyyarə uçarkən hər şey dəyişir – sürət, yüksəklik, döyüş taktikası, amansız düşmənlər və zamanın necə keçdiyi...Amma bunların hamısı bir məqsədin arxasında toplanır: vətənə xidmət etmək, döyüş yoldaşlarını qorumaq, təhlükəni uzaqlaşdırmaq.Bu dünyada adı və xatirəsi daim yaşayacaq olan bir hərbi pilot var: polkovnik-leytenant Rəşad Atakişiyev.