Səmayə Piriyeva vəfat etdi

23.11.2024

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Sabiq deputat Səmayə Piriyeva vəfat edib.

Metbuat.az xəbər verir ki, Milli Məclisin I çağırış deputatı olmuş Səmayə Piriyeva vəfat edib.

79 yaşlı Piriyeva uzun sürən xəstəlikdən sonra doğulduğu Hacıqabul şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Səmayə Aslan qızı Piriyeva 1999-2000-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью