Səməd Bəşirli: “Sahibkarlıq bacarıqlarının inkişafında çətinliklər var”

10.02.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda sahibkarlıq bacarıqlarının inkişafı baxımından çətinliklər var.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının" (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ilə yaxındır bazar iqtisadiyyatına keçib: "Bu səbəbdən də ölkədə sahibkarlıq bacarıqlarının inkişafı baxımından çətinliklər hələ də müşahidə edilir. Təkcə gender balansı, qeyri-qanuni sahibkarlıq deyil, ümumilikdə sahibkarlıq bacarıqlarının inkişafı səviyyəsi baxımından müəyyən boşluqlar var".

O qeyd edib ki, bütün bunları nəzərə alaraq əlbəttə ki, institusional inkişafın davam etdirilməsi istiqamətində işlər görülməlidir: "Eyni zamanda, dövlət və özəl sektor arasında tarazlığın qorunması təmin edilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью