Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Görkəmli şair Səməd Vurğunun “Azərbaycan” şeirini uşaqdan-böyüyə hər kəs bilir – xüsusilə də bu hissəsi dillər əzbəridir.
El bilir ki, sən mənimsən
Yurdum-yuvam məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan.
Şairin Bakının mərkəzində yerləşən heykəlinin postamentində də şeirin bu hissəsi həkk olunub.
Düzdür, kirilcə yazılmağı hələ də müzakirə mövzusudur, amma biz başqa məsələyə toxunmaq istəyirik. Məsələ burasındadır ki, şeir postamentdə “Anam, doğma vətənimsən” deyil, “Demək, doğma vətənimsən” olaraq verrilib.
Heykəlin üzərində niyə belə yazılıb? Belə çıxır ki, bizim məktəb kitablarında oxuduğumuz variant yanlışdır?
Daha ətraflı Bizim.Media-nın videosüjetində:
Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media