Səmədli Türkiyəyə gedir

02.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli təyinat alıb.

Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, AVRO-2026-nın əsas mərhələsinin III qrupunda keçiriləcək Türkiyə - Polşa matçında iş başında olacaq.

Qeyd edək ki, oyun dekabrın 17-də, Bakı vaxtı ilə saat 17:00-da Ərzurum şəhərində baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью