Səmədov: “Hər xal bizimçün vacibdir”

18.11.2024

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Kəpəz” Premyer Liqada 13 turdan sonra 7 xalla sonuncu – 10-cu sıradadır. Gəncə təmsilçisinin futbolçusu Əli Səmədov “FutbolPress“ə açıqlamasında nəticələri dəyərləndirdi:

“Çempionatın startı yaxşı alınmadı. Lakin son oyunlarda toparlanmışıq, daha yaxşı oynayır, xallar qazanırıq. Hər məşqçinin öz taktikası var. Adil Şükürova da sağ ol deyirik, komandanı Premyer Liqada saxladı, bizə çox köməyi dəydi. Azər Bağırovun gəlişindən sonra da ruh yüksəkliyi yarandı. Hər məşqçi dəyişikliyində belə şeylər olur”.

Səmədov komandanın əsas hədəfini açıqladı:

“Düşünürəm ki, oyun nizamını yaratmışıq və tam formalaşmasaq da, yaxşı alınır. Bundan sonra da yaxşıya doğru gedəcəyinə inanıram.

Məqsədimiz elitada qalmaqdır və bilirik ki, hər xal bizimçün vacibdir. Komanda olaraq istəkliyik. İnşallah, mövsümün sonunda daha yaxşı yerlərdə olarıq”.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu “Kəpəz” onunla müqaviləni uzatdı

13 İyul 2024, 10:27

Ölkə futbolu “Bu şəraitlə Premyer Liqada qalmaq uğurdur” – Səmədov

22 May 2024, 20:00

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью