Sementlə dolu yük maşını aşdı, sürücü yaralandı Fotolar

03.12.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcərdə sementlə dolu yük avtomobili aşıb. 

“Qafqazinfo”nun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Kəlbəcər-Vəngli dairəsində baş verib. 

Əhmədov Namiq Əli oğlu idarə etdiyi “DONGFENG” markalı sementdaşıyan avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Qəza baş verərkən yük avtomobilində 25 ton yük olub. 

Qəza zamanı N.Əhmədov müxtəlif dərəcəli xəsarətlərlə  Kəlbəcər rayonunda yerləşən hospitala çatdırılıb. Hadisə yerinə FHN-nin Kəlbəcər Rayon DYMH-nin əməkdaşları cəlb edilib. Avtomobilin aşması nəticəsində yola dağılan yanacaq ərazidən təmizlənərək yanğının baş verməsinin qarşısını alınıb.

Ziya Əmirxanlı




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью