Icma.az, 525.az portalına istinadən məlumat verir.
İndoneziyadakı Yava adasının şərq hissəsində yerləşən Semeru vulkanı yenidən aktivləşib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Lumajang və Malang bölgələrinin sərhədində yerləşən vulkan dünən ən azı 10 dəfə püskürüb. Vulkanik aktivlikdən yaranan kül 900 metr hündürlüyə çatıb.
İndoneziyanın xəbərdarlıq sisteminə görə, vulkanın təhlükə səviyyəsi "3-cü səviyyə" hesab olunur.
Qeyd edək ki, İndoneziyada təxminən 130 aktiv vulkan var.
İbrahim Cəfərov