Semih Kılıçsoy rəsmən “Kalyari”də

03.08.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Müqavilə ilə “Beşiktaş”a məxsus olan Semih Kılıçsoy karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 19 yaşlı hücumçu A Seriyası təmsilçisi “Kalyari”yə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Semih Kılıçsoy 1 illik icarə əsasında “Kalyari”nin heyətində çıxış edəcək. Müqavilədə futbolçunun satınalma bəndi 12+2 milyon avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Kılıçsoy “Beşiktaş”ın heyətində 87 oyuna çıxaraq 16 qola imza atıb.

“Qalatasaray”dan “Puma”ya REST “Nyukasl”dan “Vest Hem”ə - RƏSMİ “Qalatasaray” “Latsio” ilə heç-heçə etdi “Nyukasl”da yeni qolkiper - RƏSMİ Son “Tottenhem”i tərk edəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью