Icma.az, Ses qazeti portalına istinadən məlumat verir. Oktyabrın 20-də Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə ar
Bu səfər həm diplomatik görüşlər, həm də mühüm regional və beynəlxalq nəticələr doğuran sənədlərin imzalanması ilə yadda qalıb.
Dövlət başçılarının mətbuata bəyanatlarında səsləndirilən fikirlər münasibətlərin sarsılmaz dostluq, qarşılıqlı hörmət və ortaq mənəvi dəyərlər üzərində qurulduğunu bir daha təsdiq edir.
İşğal dövründə Qazaxıstan Azərbaycanın beynəlxalq təşəbbüslərinə dəstək verməklə, ədalət prinsiplərinin qorunması istiqamətində mühüm mövqe sərgiləyib.
Mətbuata bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük.
Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə həm sülh prosesinə verdiyi dəstəyə, həm də Azərbaycanın beynəlxalq mövqeyinə verdiyi dəyərə görə təşəkkürünü ifadə edib.
Xüsusilə, Vaşinqtonda imzalanan sülh sazişinin paraflanmasından sonra Qazaxıstanın bu məsələyə münasibəti qardaşlıq əlaqələrinin bariz nümunəsidir.
Prezidentlər arasında baş tutan telefon danışığı zamanı əldə olunan razılaşmaların detalları paylaşılarkən, Qazaxıstanın səmimi münasibəti və sülhün bərqərar olmasına yönəlik mövqeyi yüksək dəyərləndirilib.