Səmimi Fərhad: “Bu, sistemli tənqid deyil, təhrikedici üslubdur”

28.01.2026

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Juranlist Orxan  Saffarinin  Xalq artisti  Vidadi Həsənovla bağlı  yazdığı yazı aktyorun həmkarları tərəfindən xoş qarşılanmayıb.

Aktyor Səmimi Fərhad  sosial şəbəkə hesabında sözügedən yazıya münasibət bildirib. Jurnalistin  Vidadi Həsənovu istedadsız adlandırması   həmkarları və sosial şəbəkə istifadəçiləri  tərəfindən xoş qarşılanmayıb.

Aktyor Səmimi Fərhad  jurnalistin bu addımın peşə əxlaqına zidd hərəkət adlandırıb:

“Peşə əxlaqı olmayan, oxunsun deyə ağlına nə gəldi yazanlardan biri, Vidadi Həsənov haqqında belə bir yazı yazıb. Amma özlərindən birinə bir söz deyən kimi (Hətta heçnə deməmiş) bütün “zurnalist” tayfası tökülür üstümüzə. Səhv olduğunu bildikləri halda belə onu müdafiə edirlər. Burada həqiqət yox, qrup loyallığı əsas meyar kimi çıxış edir. Belələrinin peşə əxlaqı olmasa da, həmkar həmrəyliyi var. Paradoks ondadır ki, etik boşluq həmrəyliklə kompensasiya olunur.Bizim aktyor tayfası isə… məndən ötsün, qardaşıma dəysin prinsipi ilə yaşayır. Bu yanaşma isə sənət mühitində strukur zəifliyinin göstəricisidir. Paylaşmadan əvvəl bir neçə başqa yazısına da baxdım. Müəllifin ümumi üslubu və analitik çərçivəsi aydın görünür. Adam qıcıq yaradan bir üslub seçib, daş atmadığı bostan qalmayıb. Bu, sistemli tənqid deyil, təhrikedici üslubdur.Habil Əliyev Akif İslamzadə vs Bu adların çəkilməsi arqument yaratmır, sadəcə simvolik fiqurlar üzərindən diqqət çəkmək cəhdidir. Vidadi müəllimin ayağı biləni, sənin başın bilmir! Kişinin sənətini qoyub qırağa, siqaret çəkib, məsləhət verməsindən danışırsan.Şəxsən mən inanmıram Vidadi müəllim sənə məsləhət versin. Çünki o, çox yaxşı bilir ki, quyuya su tökməklə quyu dolmaz! Mənim kimi netytrallığını qoruyan adama bu yazını yazdırmısansa deməli istədiyinə çatmısan”.

Əntiqə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью