Səmimi və mənəvi birlik platforması

17.09.2026

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət xəttində milli-mənəvi dəyərlərin qorunması, sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi və islamofobiyaya qarşı qətiyyətli mübarizə hər zaman prioritet istiqamətlərdən biri olmuşdur. Bu kontekstdə, Bakıda keçirilən və dövlətimizin başçısı, Partiyamızın Sədri cənab İlham Əliyevin mötəbər dini qurumların nümayəndələrini qəbul etdiyi tədbir çərçivəsində xarici qonaqlarla baş tutan səmimi görüş məhz regionun geosiyasi və mədəni mənzərəsini anlamaq baxımından böyük əhəmiyyət kəsb edir. Həmin görüşdə cənab Prezidentimiz tərəfindən səsləndirilən fikirlər regional əməkdaşlıq çərçivəsini aşaraq, beynəlxalq miqyasda ədalətin bərqərar olunmasına hədəflənən fundamental çağırışlar xarakteri daşıyır.
Xüsusilə vurğulayım ki, diqqətə çatdırılan əsas məsələlərdən biri müasir dünyada kök salmaqda olan ksenofobiya, irqçilik və müəyyən güclərin şüurlu şəkildə formalaşdırdığı anti-islam meyillərinə qarşı vahid cəbhədən cavab verilməsinin qaçılmazlığı ilə bağlı idi. Qeyd olundu ki, Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşən Azərbaycan tarix boyu müxtəlif inancların dinc yanaşı yaşaması üçün ideal bir məkan rolunu oynamışdır və bu ənənə bu gün də dövlət səviyyəsində qətiyyətlə yaşadılır. Və təbii ki bunun əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müdrik və humanizm prinsiplərinə əsaslanan siyasət dayanır. Lakin qlobal arenada şahidi olduğumuz ikili standartlar, xüsusilə beynəlxalq təşkilatların bəzi hallarda nümayiş etdirdiyi qeyri-obyektiv mövqelər müsəlman dövlətlərinin daha sıx birləşməsini, bir-birinə mənəvi və siyasi dəstək verməsini zəruri edir. Möhtərəm Prezidentimizin çıxışında həmçinin tarixi ədalətin təntənəsi olan suverenliyin bərpası məsələsinə də xüsusi toxunuldu və vurğulandı ki, torpaqların azad edilməsi prosesində xalqımız hər zaman yüksək mənəvi prinsiplərə sadiq qalmış, dinc sakinlərə qarşı humanizm nümayiş etdirmişdir.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью