Şəmkir 23 yaşlı gənc qonaq getdiyi evin hamamında faciəli şəkildə öldü

03.04.2025

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Şəmkir rayonunda yanıq xəsarətləri alan şəxs vəfat edib.

 Tribunainfo.az “Teleqraf”a istinadən xəbər verir ki, martın 21-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən Tovuz rayon sakini, 23 yaşlı Namiq Fazil oğlu Yusifov (2002) ölüb.

Qeyd edək ki, hadisə Şəmkir rayonunun Tatarlı kəndində baş verib. Tanışının evinə qonaq gələn şəxs fərdi yaşayış evinin hamam otağında kustar üsulla hazırlanan sobada baş vermiş ani alışma səbəbindən yanıq xəsarətləri alıb. Yaralı ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına oradan isə Bakı şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilib.

Şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

O, yerləşdirildiyi xəstəxanada vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью