Şəmkir 3 nəfər silah və narkotiklə tutuldu

15.02.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Şəmkirdə saxlanılan 3 nəfərdən odlu silahlar və narkotik vasitələr aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar. R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqca, 4 ədəd patron, A.Əlizadədən isə 4 kiloqrama yaxın narkotik vasitə tiryək və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью