Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Şəmkir" futbol klubu gənclər və idman naziri Fərid Qayıbova müraciət edəcək.
Bu barədə "Report"a qərb təmsilçisinin baş məşqçisi Vüqar Nadirov məlumat verib.
Mütəxəssis "Şəmkir"lə bağlı böyük planlarının olduğunu, komandanı Premyer Liqaya çıxarmaq barədə düşündüklərini bildirib: "Kluba baş məşqçi kimi dəvət olunanda Şəmkir Olimpiya Kompleksi ilə tanış oldum.
Baxdım ki, burada yaxşı işlər görmək olar, komandanı irəliyə aparmaq şansımız var.
Lakin istəyirəm ki, kompleksi müqavilə əsasında bizim ixtiyarımıza versinlər.
Bununla bağlı yaxın vaxtda Gənclər və İdman Nazirliyinə, şəxsən Fərid Qayıbova müraciətimiz olacaq.
Kompleksin rəhbəri ilə danışıb razılaşsalar, bizə böyük dəstək vermiş olarlar. Hazırda ot örtüyü olduqca bərbad durumdadır.