Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib

13.05.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, bu vəzifə Samir Namazova həvalə olunub.

S.Namazov öncə xəstəxananın Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, xəstəxananın əvvəlki direktoru Emin İsmayılov işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvəl vəzifədən azad edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью