Şəmkir sakini dərəyə yıxılaraq ölüb

26.01.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Zəyəm Cırdaxan kənd sakini 1970-ci il təvəllüdlü A.Nəbiyev kənd ərazisində dərəyə yıxılıb. 56 yaşlı kişi hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью