Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəmkirdə manqal yandırarkən ehtiyatsız davranan kənd sakini yanaraq ölüb.
APA xəbər verir ki, hadisə mayın 3-də baş verib.
Belə ki, F. Məmmədov manqal yandırarkən benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alıb.
O, ötən gün yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.