Şəmkirdə 18 yaşlı gənc 40 yaşlı həmkəndlisini bıçaqladı

12.01.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Şəmkir rayonunda söyüş üstündə bıçaqlanma hadisəsi olub.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, rayonunun Dəllər-Cırdaxan kənd sakini 2008-ci il təvəllüdlü Elmir Cəfərov 1986-cı il təvəllüdlü Pərviz Əliyevi bıçaqlayıb.

İlkin məlumata görə, hadisəyə səbəb zərərçəkən şəxsin qarşı tərəfi söyməsi olub.

Bıçaqlanan P. Əliyevin Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью