Şəmkirdə 2 günə dönərdən 5 nəfər zəhərləndi Yenilənib

10.11.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, zəhərlənmə halları şəhər ərazisində yerləşən dönərxanalarda qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini 1994-cü il təvəllüdlü Nəsib Zeynalov, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Kazımova, onun 2014 və 2015-ci il təvəllüdlü övladları dönər yedikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Noyabrın 9-da isə Dəllər qəsəbə sakini, 1982-ci il təvəllüdlü Ruslan Eyniyev eyni diaqnozla xəstəxanaya gətirilib. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, vəziyyətləri stabilləşdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə baş verən hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ nəzarətə götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırma davam edir.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью