ŞƏMKİRDƏ 2 yaşlı körpə həyatını itirdi

29.04.2025

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Şəmkirdə körpə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Sfera.az xəbər verir ki,  azyaşlı uşaq dərmandan zəhərlənib. Hadisə rayonun Mahmudlu kəndində baş verib.

2023-cü il təvəllüdlü T. Tapdıqov evdə dərmandan zəhərlənib və onu xəstəxanaya çatdırmaq mümkün olmayıb.

2 yaşlı körpə yaşadığı evdə vəfat edib.
 

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью