Şəmkirdə 26 yaşlı oğlan özünü asdı

03.05.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəmkirdə 26 yaşlı oğlan intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Əmrah Məmmədov özünü asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən tövlədə asılmış vəziyyətdə tapılıb. 

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью