Şəmkirdə 29 yaşlı oğlan öldürüldü

09.11.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gecə Şəmkir şəhərində qətl törədilib.

News24.az xəbər verir ki,1995-ci il təvəllüdlü Anar Süleymanov və 1991-ci il təvəllüdlü Xudat Məmmədov ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Bıçaq xəsarəti almış şəxslərdən A.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı hadisə vaxtı hər iki şəxsin münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetirməsi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır. \\Konkret.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью