Şəmkirdə 3 otaqlı ev yanıb FOTO

24.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Sarıtəpə kəndində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, kənd sakinə məxsus 3 otaqlı evdə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 3 otaqlı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью