Şəmkirdə 30 yaşlı kişini bıçaqlayana şəxs tutuldu YENİLƏNİB

24.07.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəmkirdə 30 yaşlı kişini bıçaqlayan şəxs tutulub.

"Unikal"ın məlumatına görə, hadisəni törədən rayon sakini 1993-cü il təvəllüdlü Samir Quliyev Şəmkir rayon polis şöbəsinin keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Qeyd edək ki, rayonunun Dəllər Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Samir Sarif oğlu münaqişə zəminində, Dəllər Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Həsənov Qabbar Füzuli oğluna bıçaqla xəsarət yetirib.

*** 23:04

Şəmkirdə baş verən bıçaqlanmanın bəzi təfərrüatları məlum olub.

"Unikal"ın məlumatına görə, rayonunun Dəllər Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Samir Sarif oğlu münaqişə zəminində Dəllər Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Həsənov Cabbar Füzuli oğluna bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırmalara davam etdirilir.

*** 21:50

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumaıtna görə,  hadisə rayonun ərazisində  qeydə alınıb. Belə ki iki nəfərin arasında baş verən mübahisə zamanı 1995-ci il təvəllüdlü C.Həsənov  bıçaqlanıb.

Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью