Şəmkirdə 35 yaşlı qadın abortdan sonra ölüb YENİLƏNİB

21.11.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəmkirdə özəl tibb müəssisəsində abort əməliyyatından sonra vəziyyəti ağırlaşan qadın ölüb.

TƏBİB-dən APA-ya nildirilib ki, noyabrın 20-də saat 13:00 radələrində 1991-ci il təvəllüdlü qadın ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanaya daxil olarkən onun nəbzi və arterial təzyiqi müəyyən edilməyib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

***

00.36

Şəmkirdə qadın abort zamanı ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Y. Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Qadın abort edilən zaman qəfil halı pisləşib.

Qadına tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib.

Qeyd edək ki, bu, qadının 3-cü hamiləliyi olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью