Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü

20.11.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəmkir sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Axar.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Tural Bağırov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəmkir rayon Şöbəsinə aparılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью