Şəmkirdə 45 yaşlı qadın bıçaqlanıb, əri saxlanılıb

20.12.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 1979-cu il təvəllüdlü K.Muxtarova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.
Onun əri tərəfindən bıçaqlandığı bildirilir.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1972-ci il təvəllüdlü R.Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью