Şəmkirdə 67 yaşlı kişi bıçaqlandı Şübhəli qonşusudur

28.10.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

İlkin məlumata görə, hadisədə şübhəli onun qonşusu şəxsi 53 yaşlı Zəyəm qəsəbə sakini Sadıx İsmayılovdur. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью