Şəmkirdə 8 otaqlı ev yanıb

16.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Şəmkir şəhərində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Ümumi sahəsi 280 kv.m yaxın olan 2 mərtəbəli 8 otaqlı evdə anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı 2 mərtəbəli evin yanar konstruksiyaları 250 kv.m.sahədə əşyaları ilə birlikdə yanıb.

Evin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью