Şəmkirdə ağır qəza: ölən və yaralananlar var

24.02.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə bu gün saat 17:00-da Qasımallar kəndi ərazisində qeydə alınıb.
1953-cü il təvəllüdlü Gədəbəy sakini Fəxrəddin Məmmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.
Hadisə nəticəsində VAZ-ın sürücüsü həyatını itirib, daha iki nəfər xəsarət alıb. Onların kimlikləri müəyyənləşdirilir.
Hadisə yerinə polis əməkdaşlarının cəlb olunduğu, araşdırma aparıldığı bildirilib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью