Şəmkirdə ağır yol nəqliyyat hadisəsi yaralılar var

09.07.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az
apa-ya istinadla xəbər verir ki, qəza rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü A.Atakişizadə idarə etdiyi "KIA" markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü O.Atakişiyev, 1993-cü il təvəllüdlü C.İbadullayev və 1968-ci il təvəllüdlü İ.Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanaya yerləşdirilən yaralılardan biri, 1968-ci il təvəllüdlü İ.Atakişiyev aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью