Şəmkirdə avtomobil qadını vurub öldürdü YENİLƏNİB

25.09.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Şəmkirdə piyada ölümü ilə nəticələnən qəzanın təfərrüatları bəlli olub.

Lent.az-ın xəbərinə görə, Vəliyev Vidadi Rəhim oğlu "VAZ-2107" markalı avtomobillə piyada Qasımova Almaz Ədil qızını vurub.

Xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

***
23 sentyabr, saat: 21:01

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью