Şəmkirdə avtomobil təmiri sexində yanğın baş verib

10.11.2024

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexlərinin birində qeydə alınıb.

Sexdə yanğın anidən başlayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı avtomobil təmir sexinin lambirindən ibarət tavan hissəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью